Ağcabədidə bir nəfər hündür qülləyə çıxaraq intihara cəhd edib

Ağcabədidə bir nəfər 30 metr olan qülləyə çıxaraq intihara cəhd edib.
Turaninfo.az "Report"-a istinadən  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Ağcabədi şəhərində 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 30 metr olan qülləyə çıxıb. Dərhal FHN-in  yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşla pisixoloji söhbətlər aparıb və intihara cəhdin qarşısı alınıb.