Ağalarovun biznes rəqibləri yoxlanılır - FOTO

 

 
 
Rusiya polisi Moskvada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Krokus Ekspo" mərkəzində aşkarlanmış partlayıcı maddə ilə bağlı araşdırmalara başlayıb.
 
Turaninfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaqçılar partlayıcı maddənin Ağalarovun biznes rəqibləri tərəfindən yerləşdirildiyi üzərində işləyir.
 
Artıq bu məqsədlə yoxlamalara başlanılıb. İşi aparan müstəntiqlər paytaxtın sərgi mərkəzində terror aktı versiyasını tamamilə rədd edərək, bunun bizneslə bağlı olduğunu qeyd ediblər.
 
Qeyd edək ki, dünən Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən “Krokus Ekspo” mərkəzində partlayıcı maddəni aşkar edərək zərərsizləşdiriblər.
Maddə mərkəzdəki ayaqyolulardan birində tapılıb. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilib. Mərkəzin qonaqları və əməkdaşları dərhal hadisə yerindın təxliyyə edilib. Daha sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar.