Ağ Evdən Davudoğlu — Açıqlaması

Xəbər verdiyimiz kimi, Türkiyə baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılıb.
Mayın 4-də prezident Rəcəb Tayyib Ərdoğanla Əhməd Davudoğlu arasında təkbətək görüş olub. Görüşdə qərara alınıb ki, mayın 5-də AKP-nin fövqəladə qurultayı keçirilsin.
Bu gün baş tutan qurultaydan sonra baş nazir mətbuat konfransı keçirərək 20 aylıq baş nazirlik dönəmindəki fəaliyyətinin hesabatını verib.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Davudoğlu ilə bağlı Ağ Ev də rəy verib.
Açıqlamada “Türkiyə baş naziri Əhməd Davudoğlunun vəzifədən getməsinin ABŞ ilə Türkiyənin İŞİD terror təşkilatına qarşı əməkdaşlığına təsir edəcəyini düşünmürük. Davudoğlu ABŞ-ın yaxşı müttəfiqi idi” deyə qeyd olunub. (qafqazinfo)