Ağ Ev İrəvana son xəbərdarlığını etdi – Səfəryan

Baxış sayı: 
204

Vaşinqton bizə son xəbərdarlığını etdi.
 
Axar.az xəbər verir ki, bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Stepan Səfəryan söyləyib.
 
“Ruben Tatulyanın ABŞ-ın sanksiyaları altına düşməsi Ermənistan hökumətinə ünvanlanan ciddi siqnaldır. Vaşinqton deyir ki, Ermənistan artıq hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirməlidir. Problem odur ki, sanksiyalardan sonra Rusiya biznesi xilas olmağa çalışır və digər ölkələrdə meydança axtarır. Təsadüfi deyil ki, Erməni İnvestorları Klubunun üzvlərinin siyahısının dərcindən sonra burada Rusiyada işlərinin heç də yaxşı getməyən şəxslərin olduğu göründü. Bu insanlar ABŞ-a problem olduğu üçün Vaşinqton sanksiyaların təkcə Rusiyada yox, Rusiyanın orbitində olan digər ölkələrdə də təsirinə çalışacaq. O, imkan verməyəcək ki, bu insanlar yenidən güc yığsınlar. ABŞ son sanksiyaları ilə Ermənistanda hər şeyi bildiyinə işarə etdi”, – deyə o bildirib.
 
Qeyd edək ki, ABŞ Ermənistanın diplomatik pasportunu daşıyan avtoritet Ruben Tatulyana qarşı sanksiyalar tətbiq edib.

Загрузка...
Загрузка...