​Aeroport yolunda "Lexus" aşdı - Xəsarət alanlar var - FOTOLAR

 
Aeroport yolunun paytaxtın Sabunçu rayonu ərazisinə düşən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, Rusiya dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin səkiyə dəyərək aşması nəticəsində sürücü və onun qadın sərnişini yüngül bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Загрузка...
Загрузка...