ADP üzv və tərəfdarlarını 7 oktyabr mitinqinə çağırdı-Rəsmi bəyanat

 

Partiya mitinqdə iştirak edən üzvlərinin polis idarəsinə çağrılmasına etiraz edib  

 Azərbaycan Demokrat Partiyası Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydada 23 sentyabr 2017-ci ildə keçirdiyi mitinqində üzv və tərəfdarlarının iştirakı səbəbi ilə onların ayrı-ayrı polis idarələrinə çağrılaraq izahatlar alınması, ailəsi və yaxınları barədə sorğular tələb etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“ADP bəyan edir ki, 23 sentyabrda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılışadırılaraq keçirilən mitinqdə iştirak etdiyinə görə vətəndaşlara rəsmi hakimiyyət orqanları tərəfindən təzyiq, təqib və zorakılıqlar geniş vüsət alıb. Konkret olaraq ADP sədrinin birinci müavini Həsrət Rüstəmov, mətbuatla iş üzrə sədr müavini Nurəddin İsmayılov, ümumi işlər üzrə sədr müavini Zakir Hüseynov, eləcə də digər üzv və tərəfdarları polis orqanlarına çağrılmış, onlardan Azərbaycan Konstitusiyasının 69-cu maddəsinə zidd olaraq ailə üzvləri, qohumları, yaxınları haqda izahat alınmış, iş yerlərində onlara və ailə üzvlərinə qarşı təzyiq kampaniyası başladılmışdır.

ADP polisin bu davranışını Sərbəst Toplaşmaq Azadlığı Haqqında Azərbaycan Respublikasının Qanununa və Konstitusiyasına, o cümlədən, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq Konvensiyalara zidd addım kimi dəyərləndirib və bu repressiv addımları aşkar qanuna zidd, səlahiyyət həddini aşma və vəzifədən sui-istifadə kimi qiymətləndirib.

ADP hakimiyyət orqanlarını vətəndaşlara öz konstitusion hüquqlarından istifadə etdiklərinə və qanuna uyğun fəaliyyət göstərdiklərinə görə başladılan təzyiq, təqib və zorakılığa son qoymağa çağırır.

ADP dövlət başçısını Konstitusiyanın təminatçısı olaraq polisin Konstitusiyaya zidd fəaliyətinə qiymət verməyə, beynəlxalq ictimaiyyəti ölkə vətəndaşlarını iqtisadi cinayətkarlığa qarşı qanuni etirazlar etdiklərinə görə hakimiyət orqanları tərəfindən təzyiqlərə düçar olması faktına biganə qalmamağa çağırıb.

ADP üzv və tərəfdarlarını Azərbaycan dövlətinin və xalqınınm maraqlarına uyğun olaraq iqtisadi cinayətkarlığa qarşı qanun çərçivəsində keçirilən etiraz aksiyalarında fəal iştirak etməyə çağırib”

Turaninfo.org

Загрузка...
Загрузка...