ADP Türkiyədə hakimiyyətin silahlı yolla ələ keçirilmə cəhdini qınadı – AÇIQLAMA

 
ADP Türkiyədə hakimiyyətin silahlı yolla ələ keçirilmə cəhdini qınadı  –Taliyət Əliyev:  

“Türkiyə dövlətinə qəsdin arxasında Türkiyəni sevməyən qüvvələrin durması şəksizdir”
 
“Türkiyədə baş verən hadisələrdən dolayı çox rahatsız oldum. Tanrıya min şükür ki, qardaş Türkiyə dövləti bu sınaqdan da üzü ağ çıxdı”.
 
 Turaninfo.az xəbər verir ki, bu fikirləri ADP sədrinin müavini Taliyət Əliyev bildirib.
 
Onun fikrincə, qardaş Türkiyə xalqı özünün seçdiyi hakimiyyətə və dövlətinə sadiqliyini bir daha sübut etdi:
“Bu hadisələr bir daha göstərdi ki, xalqın iradəsi qarşısında heç bir hərbi qüvvə duruş gətirə bilməz. Sözsüz ki, Türkiyədə baş verən hadisələrin arxasında konkret olaraq kimin dayandığını indiki zamanda demək çox çətindir. Amma, bir həqiqət ortadır ki, son illər dünyada baş verən siyasi və iqtisadi təlatümlərə baxmayaraq, qardaş Türkiyəmizin inkişaf etməsi, dünyada və regionda söz sahibinə çevrilməsi Türkiyəni sevməyənləri narahat etməkdə idi. Bu baxımdan Türkiyə dövlətinə qəsdin arxasında Türkiyəni sevməyən qüvvələrin durması şəksizdir.
Tanrıya min şükür ki, Türkiyəni Suriyaya çevirmək istəyənlərin arzusu gözündə qaldı. Hərbi çevrilişin qarşısının alınmasında, azadlıq və demokratiya yolunda şəhid olan türk qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Qardaş Türkiyə xalqına keçmiş olsun deyirəm. Tanrı Türkiyəmizi qorusun!” (Hurriyyet.org )