​ADP sədrinin birinci müavini işdən çıxarıldı - Bəyanat

Baxış sayı: 
297
0  
0  

 
ADP sədrinin müavini Həsrət Rüstəmov çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılıb.
 
Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.
 
O bildirib ki, beş il işlədiyi və kiçik bir nöqsana belə yol vermədiyi Bakı şəhər təcili yardım stansiyasında həkim işindən siyasi sifarişlə azad edilib:
 
"Əmrimi ala bilməsəm də, məni işə buraxmamaqla bağlı tapşırıq aldıqlarını bildirdilər. Bu addımı siyasətlə uzun müddət məşğul olan bir şəxs kimi, yaxşı anlayıram və qətiyyən narahat deyiləm.
 
Rəhmətlik müəllimim Bəybala Abasov həmişə bizə deyirdi ki, həkimlik çəkməçilik, dülgərlik və s. kimi bir sənətdir. Harada insan varsa, orada bu sənət sahiblərinə ehtiyac var. Yəni həkim heç vaxt ac qalmaz.
 
Sifarişçilərə isə demək istədiyim budur: Halal zəhmətimizlə, min bir əziyyətlə balamıza quru çörək yedirtməyə imkan verməməklə, nə demək istəyirsiniz?! Siz milyardları talayıb, layiq olmadığınız həyat yaşamaqla, başından sərvət yağan bu xalqı ac yalavac günə salacaqsınız, biz də dinməyəcək, dinc mitinqə getməyəcəyik?! Siz bu xalqı ölümü zənn edirsiniz, acgöz həriflər?!
 
Heç nəyə nail ola bilməyəcəksiniz! Nə məqsədiniz varsa, çox yaxşı başa düşürük, planlarınız puç olacaq. Biz ölkəmizdə xaosa və başıpozuqluğa dəstək vermərik, qərarlarımızı həmişə olduğu kimi düşünüb verəcəyik. Biz dinc, demokratik dəyişikliklərə nail olacağıq!
 
Sizə isə rəzilliyiniz və cılızlığınız qalacaq.
 
Bir də bilməlisiniz ki, apardığımız siyasi mübarizədə çox itkilərə məruz qalmışıq. Dostlarımız bu yolda şəhid olub, uzun müddətli həbs yatıb, şəxsi faciəyə düçar olublar. Mənim itirdiyim bunların müqabilində heç nədir. Amma yenə də sizə deyirəm, mən nə vaxtsa iş tapacağam, siz sifarişçilər isə itmiş vicdanınızı heç vaxt tapmayacaqsınız! Vicdanınızın boş qalan yerindəki fantom ağrıları sizi rahat buraxmayacaq, ruhi sağlamlığınızı itirəcəksiniz. Mütləq belə olacaq!".

Загрузка...
Загрузка...