ADP-nin sədr müavini Avropa Məhkəməsinə müraciət edəcək - İŞDƏN ÇIXARILMASINA GÖRƏ

 

 
Məhkəmə iclasında Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmovun Nəsimi rayon məhkəməsinin onun işə bərpa barəsindəki iddiasının təmin edilməməsi haqqındakı qərarından apellyasiya şikayətinə baxılıb.
 
 
Bu barədə ADP-nin mətbuat xidmətindən Turaninfo.org-a bildiriblər.
Tərəfləri dinləyən hakimlər müşavirədən sonra Nəsimi məhkəməsinin adıçəkilən qərarını qüvvədə saxlayaraq, H.Rüstəmovun apellyasiya şikayətini rədd ediblər. Xatırladaq ki, ADP sədrinin birinci müavini H.Rüstəmov ötən ilin oktyabr ayında çalışdığı Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasındakı işindən siyasi səbəblərlə və qeyri qanuni olaraq azad edilmişdi. Məsələ ilə əlaqədar partiyanın mətbuat xidmətinə Həsrət Rüstəmov aşağıdakıları bildirib:
 
 
“Apellyasiya Məhkəməsinin hakim heyətinin qərarı mənim üçün təəccüblü olmadı. Çünki mənim siyasi sifarişlə işdən azad olunmağım özümə tam aydın idi. Təəssüf ki, YAP hakimiyyəti belə hesab edir ki, dövlət sektorunda çalışan ya hakimiyyət partiyasının üzvü olmalıdır, ya da ölkədə baş verən haqsızlıqlara laqeyd qalaraq heç bir siyasi etiraza qatılmamalıdır. Səhiyyədə mənim çalışdığım sektor olduqca ağır zəhmət tələb edən bir sahədir. Əslində normal ölkədə bu sahədə çalışanlara hər cür qayğı və diqqət göstərilməlidir. İnsanlar kiçik bir məmurun həll edə biuləcəyi problemlərlə belə məhkəmələrə üz tutmağa məcbur olur, orda da dərdlərinə çarə tapa bilməyərək məzlum vəziyyətə düşürlər. Beləliklə də dövlət insanların gözündən düşür. Vəziyyətdən çıxış yolu isə, mübarizə aparmaq, dövləti, onun strukturlarını qanunlara riayət etməyə məcbur etməkdədir. Başqa yol yoxdur. Ona görə də Ali Məhkəməyə kassasiya şıkayəti verməyi və bu da alınmasa Avropa İnsan Hüquqları məhkəməsinə müraciət etməyi düşünürəm.”

Загрузка...
Загрузка...