ADP idarə heyyətinin növbəti toplantısı keçirilib...

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkənin ictimai-siyasi həyatını əks etdirən bir sıra məsələlər müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə son günlər erməni silahlı qüvvələrinin əldə edilmiş razılaşmalara rəğmən yenidən atəşkəs rejimini pozması, ağır silahlardan istifadə etməklə ərazilərimizə silahlı hücuma keçməsi və ordumuzun bu təxribatlara layqli cavab verərək düşmənin bir tankını məhv etməsi faktına münasibət bildirib. Partiya yetkililəri ordumuzun Ermənistan silahlı qüvvələrinin təxribat məqsədli hücumlarının qarşısını qətiyyətlə almasını, hər bir hücumda onlara daha sarsıdıcı zərbələr endirməsini təqdir edib və ordu heyətini düşmən tərəfindən törədiləcək təxribatlara hazır olmağa çağırıb.
İdarə Heyəti son vaxtlar bəzi qüvvələr tərəfindən Dağlıq Qarabağ probleminin Kazan prinsipləri əsasında - Kəlbəcər və Lacın rayonlarını çıxmaqla qalan rayonların Azərbaycana qaytarılması şətri ilə Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi barədə səslənən bəyanatlara münasibət bildirib və Azərbaycanın suverenliyinə, müstəqilliyinə zidd olan bu cür variantların tətbiq edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Dağlıq Qarabağ probleminin həlli yalnız beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyü və suvernliyinin pozulmazlığı prinsipinə söykənməli və Ermənistan problemin dinc yolla həlli istiqamətində dirəniş göstərdiyi halda Azərbaycan işğal olunmuş ərazilərimizin hərbi yolla azad edilməsi sahəsində səylərini davam etdirməlidir. Azərbaycan heç bir vəchlə Rusiya qoşunlarının sülhməramlı qüvvələr adı altında Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi şərtləri ilə razılaşmamalı və Rusiyanın ölkəmizi hər hansi bir vasitələrlə Avrasiya İttifaqına cəlb etmək planını yaxına buraxmamalıdır.
İdarə Heyəti qarşıdan gələn millətimizin yaddaşında işğal günü kimi həkk olunan 28 aprel tarixinə və yetmiş ildən artıq davam edən bu qanlı tarixin Azərbaycan xalqının taleyində necə dərin və sağalmaz yaralar buraxdığına diqqət çəkib və repressiyalarla, deportasiyalarla, maddi və mənəvi sərvətlərimizi qarətlə, talanla müşahidə olunan bu dövrü bölşevik Rusiyası tərəfindən Azərbaycana qarşı yürüdülən, genosidlə nəticələnən iqtisadi siyasət kimi xarakterizə edib və xalqımızı müstəmləkəçi rus siyasətinin gətirdiyi bəlalardan ciddi nəticə çıxarmağa