Adnan Oktarın “kedicik”ləri niyə BİR-BİRİNƏ BƏNZƏDİLİR? - İNANILMAZ DETAL

Baxış sayı: 
104
0  
0  

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatı ilə bağlı aparılan araşdırma ortaya hər gün yeni suallar çıxarır. Suallardan biri təşkilatın üzvləri olan “kedicik”lərin hamısının estetik əməliyyat etdirməsi ilə bağlıdır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Oktar “kedicik”lərin biri-birinə bənzəməsinə xüsusi önəm verir və bunun üçün onları estetik əməliyyata məcbur edirmiş.
Saxlanılan təşkilat üzvlərinin bəzilərinin ifadələrinə görə, “kedicik”lərin bir-birinə bənzədilməsi üçün estetik əməliyyat etdirməsinin kökü Adnan Oktarın şəxsi həyatına gedib çıxır. İddiaya görə, Adnan Oktar “kedicik”ərin məktəb illərində aşiq olduğu qıza bənzəməsini istəyirdi.
Qeyd edək ki, Adnan Oktar və təşkilatına qarşı keçirilən əməliyyatda 187 nəfər saxlanılıb, onlardan 168-i barəsində həbs qərarı çıxarılıb. Saxlanılanlar arasında təşkilata informasiya sızdıran bir polis və bir məhkəmə işçisinin olduğu bildirilir.
Məlumata görə, Oktara ifadəsi alınan zaman 13 saat müddətində 353 sual verilib. Onun barəsində irəli sürülən bütün ittihamları rədd etdiyi bildirilir.

Загрузка...
Загрузка...