Adnan Oktar onu ittiham edən "kedicik"inin yeni VİDEOLARINI YAYDI

Baxış sayı: 
129

“Adnan hoca” olaraq tanınan “A9” kanalının sahibi Adnan Oktarıdan ayrılan və hocası haqqında olduqca ciddi iddialar səsləndirən “kedicik”lərdən biri Ceylan Özgülün yeni videoları yayımlanıb.
Publika.az xəbər verir ki, Ceylan Özgül bu barədə özünün sosial hesablarında paylaşımlar edib. Qalmaqal yaradan açıqlamaların ardından isə Adnan Oktar onunla qarşılıqlı oynadığı görülən və həyatından məmnun olan videolar paylaşmağa başlayıb.
Videolarda Ceylan Özgülün Adnan Oktarın qarşısında gülərək oynadığı və əyləndiyi görülür.
Gündəmə bomba kimi düşən iddianı sərt bir dillə təkzib edən Adnan Oktar cəbhəsi Ceyran Özgülün kimlərinsə təsiri altında belə danışdığını bildirib: "Adnan Oktar onu çox sevir. O qız indi mənfi qüvvələrin təsiri altında belə danışıb. Dedikləri uydurmadan başqa heç nə deyil"
Xatırladaq ki, məşhur "kedicik"lərdən olan Ö.Ceylan uzun müddət məhbus kimi həyat yaşadığını deyib:
 
“20 il ərzində küçəyə belə çıxa bilmirdik. Marketə, aptekə, həkimə heç yerə getməyə icazə vermirdilər. Sizcə, belə insan azad ola bilər? Bizim o əyləndiyimiz görüntülərin hər biri can qorxusundan idi. Bizi buna məcbur edirdilər. Vəziyyət o həddə çatıb ki, mən illər əvvəl dəyişən türk lirəsini hələ indi tanıyıram. Saçımızın rəngindən çəkimizə qədər, hətta nə yeməli olduğumuza da onlar qərar verirdilər. Əks halda, ac-susuz bir otaqda saxlayırdılar. Oradan güclə qaçmışam və bir daha geri qayıtmaq istəmirəm."
Könül Cəfərli

Загрузка...
Загрузка...