​Adil Əliyev nazir təyin edilir? – Millət vəkili açıqlama yaydı

Sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyani qəbul etmirəm.
 
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev şəxsi Feysbuk səhifəsində yazıb. O, Gənclər və İdman naziri təyin ediləcəyi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib.
 
“Sizdən artıq dərəcədə xahiş edirəm, statusu siləsiniz. Bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir. Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam.
 
Bu gün kimisə Feysbuk üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri, cənab Prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Adil Əliyevin Gənclər və İdman naziri təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Загрузка...
Загрузка...