İş adamını öldürməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon Polis İdarəsinin əməkdaşları Arif Hüseynov və Zamiq Tağıyev ifadə verib.
A.Hüseynov ifadəsində təqsirləndirilən şəxs Fəxri Şirinzadənin həbsi zamanı onun üzərindən tapanca aşkarlandığını deyib.
Proses mayın 2-də davam etdiriləcək.