​İş adamı "kitayski" mallara meydan oxudu - Foto

 
Axar.az dəmirçilik işində qısa müddətdə yerli bazarda liderə çevrilmiş, işləri ilə parkları, bulvarları bəzəyən “Cast-Met” LTD şirkətinin Baş direktoru ilə müsahibəni təqdim edir.
 
"Cast-met" şirkətinin məhsul çeşidləri ilə tanış olmaq üçün bu linkə keçin: http://castmet.az
 
- Neçə ildir fəaliyyətdəsiniz?
 
- Biz 2004-cü ildən “Dəmirçilər” adı ilə Binəqədi rayonunda 500 metrlik icarəyə götürdüyümüz yerdə fəaliyyətə başlamışıq. Məqsədimiz dünya bazarına çıxmaq idi. Ona görə də var gücümüzlə işlədik. Və şirkətimizi “Cast-Met” adı ilə böyütdük.
 
- “Dəmirçi”dən niyə “Cast-Met”ə keçid etdiniz?
 
- “Dəmirçi”lər adı ilə fəaliyyət göstərəndə mən tək idim. Şirkətimiz böyüdükdən sonra “Imed”, “Aİinşaat” kimi fəaliyyət göstərdik bir müddət. Daha sonra “Cast-Met” adı ilə davam etdik fəaliyyətimizə. “Cast-Met"də dəmir töküm mənasını verir.
 
- Dəmirdən necə gözəllik yaratmaq olur?
 
- Dəmir işi qədimdən gələn sənət əsəridir. Əl işlərində ruh yaranır. Çox adam düşünür ki, dəmiri dəmirə calamaqla nə isə yaranır. İnsan dəmiri yaratdıqca zövq alır. Bizdə rəssam çəkən hər bir şeyi düzəldirik.
 
- Xammal və mütəxəssislər haradan gəlir?
 
- Xammalı Rusiyadan, Ukraynadan, Qazaxıstandan alırıq. Mütəxəssislər yerlidir.
 
- Özünüz yetişdirmisiz?
 
- Bəli. 12 il bizimlə birlikdə fəaliyyətdə olan mütəxəssislər var. Dünya bazarına çıxmaq istəyirik. Türkiyədə, Çində fərqli fabrik zavodlarda olmuşam qərara gəldim ki, bəzək-dekor aksessuarlarının ştamplarını düzəldək. Buna maliyyə dəstəyi lazım idi. Çünki, o dəzgahlar çox bahalıdır. Biz öz gücümüzə haradasa bir milyon dollarlıq dəzgahlar aldıq. Hazırda bizim kompüter proqramı ilə çalışan 12 dəzgahımız var. O dəzgahlar düzələn detalların press formaları (qəlib), o sənətkarları yetişdirmək üçün Tailanddan mütəxəssis - müəllim gətirdim, ayı 5 min dollara. Bunları çox çətinliklə ərsəyə gətirdim. 3 aydır başlamışıq tam istehsala. Tam istehsal deyəndə press formaların istehsalını nəzərdə tuturam. Ayda 15 press forma düzəlir. 1 press formanın düzəlməsi bir gündə həmin detaldan minlərin düzəlməsi deməkdir. Belə deyim, məişətdə gördüyünüz hər bir şey press formalardan düzəlir. Bu sahə çətindir, ancaq düzəltmişik. Dəzgahları artırsaq aya 15 yox 50 press formalar hazırlaya bilərik. Bununla da cəmi bir ildən sonra dünya bazarında öz sözümüzü deyərik. Türkiyədə olan “Albakalıb” şirkətindən heç də geri qalmırıq hansı ki, onlar 48 ölkəyə ixrac edirlər. Çinin hazırlaya bilmədiyi materialları biz hazırlayırıq. Hətta biz Çinin əlindən müəyyən bazarı ala bilərik.
 
- Plastikin hökmranlıq etdiyi dönəmdə dəmirə maraq qalıbmı?
 
- Hərəsinin öz yeri var. Plastik dəmir qapını, darvazanı, “besetka”nı, işıq dirəklərini əvəz edə bilməz.
 
- İstehsal prosesi olduqca maraqlıdır nə əcəb onun özünü videoçarxlarla təqdim etmirsiniz?
 
- Biz ayın 19-20-i Bakı Ekspoda inşaat sərgidə iştirak edəcəyik. Orda klip şəklində bunun necə başa gəldiyi göstərəcəyik. Mən özüm ilk dəfə görəndə belə, fantastik gəlmişdi.
 
- Rəqibləriniz varmı və meydanda necə duruş gətirə bilirsiniz?
 
- Bu sahədə ştampların düzəlməsində bizim rəqiblərimiz yoxdur. Yeganə şirkətik ki, Azərbaycanda bəzək dekor əşyalarının istehsalına başlamışıq. İkinci belə şirkət yoxdur.
 
- Qiymət siyasətində hansı seqmentə ünvanlısınız?
 
- Daxili bazarda rəqabət mümkün ola bilməz. Türkiyənin bu gün bizə satdığı malın istehsalı bizdə 40 sentə başa gəlir. Xammal olaraq xarici bazarla qiymət eynidir. Yəqin ki, gələcək də dövlət də bizə dəstək verər biz xammalı gömrüksüz alaraq xarici bazara çıxa bilək.
 
- Hansı dövlət layihələri sizə məxsusdur?
 
- Xırdalan şəhərində Heydər parkı, Sumqayıt bulvarının yarı hissəsi bizə məxsusdur. Mingəçevir, Gəncə də Zəfər parkı, Göyçayda, Binəqədi rayonunda, 6-cı mikrorayonda olan dövlət layihələrinin dəmir işi bizə məxsusdur. Bu sadəcə bir hissəsidir. Hətta elə layihələr olub başqa şirkətlər götürüb ancaq öhdəsindən gələ bilməyiblər, sonda bizə müraciət ediblər. Çünki, o şirkətlərin gücü yoxdur onu verməyə. Zavod olaraq isə bizim bu gücümüz var.
 
- İnkişaf strategiyasında hansı planlar var?
 
- İnkişafı mən görürəm bəzək-dekorun, ştampların sürətlə artırılmasında. Bu sonsuz bir sahədir. Dövlət dəstək olmasa da şəxsi imkanlarımla artıracağam.
 
- İşinizi çox sevirsiniz?
 
- Bəli, çox sevirəm. Dünyanın 43 şəhərində olmuşam. Turizm üçün yox, sırf bu işə görə. Gəzirəm, maraqlanıram.