​İş adamı general Əli Nağıyevin MTN-dən çıxarılma səbəbini açıqladı: “O, ”çete”yə mane olurdu” - Müsahibə

 
 Yəqin ki, Nəsimi Sadıqovun adını eşitməmiş olmazsınız. MTN-nin məşhur tikinti sektoruyla bağlı skandalları ilə bağlı yazılarda adı tez-tez gözümüzə dəyən bu adamı, qiyabi də olsa, Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bəzi sənədlərə əsaslanaraq, onun barəsində bir neçə yazını da bu sətirlərin müəllifi qələmə alıb
 
Yazıların üzərində işləyərkən, tanış olduğum bir çox mürəkkəb işgüzarlıq münasibətləri içərisində itib-batmış, məsələləri aydınlaşdırmaq üçün Nəsimi Sadıqovla əlaqə saxlamağa çalışmışdım. Məni xüsusilə bir çox dövlət orqanlarına müraciətlərdən sonra bu iş adamının taleyi maraqlandırırdı. Çünki müraciətində açıq-aşkar ölümlə təhdid olunduğunu bildirir və vətəndaşlarının təhlükəsizliyindən məsuliyyət daşıyan dövlət qurumlarından imdad diləyirdi. Zənnimcə, onun bu imdadına haray verən tapılmalıydı. Açığını desəm, buna çox əmin idim. Amma yenə də bu etirafı onun dilindən eşitmək istəyirdim. Əldə etdiyim əlaqə telefonlarına isə zəng çatmırdı. Yazımda bu nigarançılığımı da dilə gətirmişdim.
 
Özünün etirafına görə, Nəsimi Sadıqov da bu yazını oxuduqdan sonra məni axtarıb tapdı. Hazırda oxuduğunuz bu müsahibə də indiyə qədər qiyabi tanıdığım iş adamıyla ilk tanışlıq söhbətindən doğdu.
 
Qarşılaşdığı haqsızlıqların üzərinə cəsarətlə getməyi bacaran Nəsimi Sadıqov ilk söhbətimizdə də, kifayət qədər sensasiyalı (ən azı, mənim üçün) açıqlamalar verdi. Amma cəsarətli etiraflara baxmayaraq, deyəsən, o da çəkinirdi. Bunu şəkilini çəkmək istəyimi qəti şəkildə rədd etməsindən anladım. Təhlükəsizliyini nəzərə alıb mən də çox israr etmədim. Zatən, ictimaiyyət üçün də gənc yaşda saçları ağarmış bu adamın fotosu yox, deyəyəcəkləri önəmliydi.
 
Nəsimi Sadıqovla müsahibəni oxucuların diqqətinə çatdırırıq:
 
– …Bir dəqiqə, başa düşmədim. Söhbət MTN-nin sabiq nazir müavini, indiki Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevdən gedir?
 
– Bəli, söhbət general Əli Nağıyevdən gedir. Xatırlayırsınızsa, 2011-ci ilin aprel ayında Əli Nağıyev MTN-nin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Eşitdiyimə görə, o, Eldar Mahmudov nazir təyin olunandan sonra MTN strukturunda aparılan kadr dəyişikliyi nəticəsində öz vəzifəsini qoruyan və hətta daha da yüksələn yeganə peşəkar çekist kimi tanınırdı. O, həmin vəzifəyə yüksəlməmişdən əvvəl nazirliyin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəhbərlik edirdi. Həm peşəkarlığı, həm də əvvəlki vəzifə təcrübəsi və informasiyası ona imkan verirdi ki, MTN-nin iş adamlarının başına gətirdiyi oyunlar barədə müfəssəl məlumatlar toplasın. Görünür, elə buna görə də ölkə rəhbərliyi generalı faktiki olaraq MTN-nin ikinci adamı vəzifəsinə gətirmiş, Eldar Mahmudov və onun komandasının mümkün özbaşınalığına qarşı sədd yaratmışdı. Aydəm və “Akula” Akif kimi Eldar Mahmudovun “əlaltıları” isə bu təyinatı öz fəaliyyətlərinə qarşı təhlükə kimi qəbul edir, nəyin bahasına olursa olsun, Əli Nağıyevi “zərərsizləşdirməyə” çalışırdılar. Mən onların bu nigarançılığıyla əvvəllər də şahid olmuşam. Eldar Mahmudova bağlı qüvvələr həmişə Əli Nağıyevə qarşı çıxır və əllərindəki vasitələri işə salıb onu gözdən salmağa çalışırdılar. Həmin ərəfədə “Yeni Müsavat” qəzeti başda olmaqla bir sıra mətbu orqanlarda “qaralama” kampaniyası aparılması da həmin qrupun işi idi. Ümumiyyətlə, bu komandanın mətbuatda çox geniş şəbəkələri vardı.
 
– Nəsimi bəy, sizin bu fikirləriniz bayaq dilə gətirdiyiniz bir faktla üst-üstə düşmür, axı. Əvvəl deyirdiniz, Aydəm Akif Mustayevə bildirib ki, sifarişçilər Əli Nağıyevin həbsini tələb edirlər. İndiki sözlərinizdən isə belə çıxır ki, Əli Nağıyevin “vurulması” əslində elə həmin komandanın özünə lazım imiş…
 
– Yox, mən demirəm ki, Aydəm və “Akula” Akif yüz faiz Əli Nağıyevin həbsini sifariş verənlərin vasitəçiləri olublar. Bunu aydınlaşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Mən sadəcə şahidi olduğum bir hadisədən danışıram. Mümkündür ki, onlar öz imkanlarını şişirdərək, məni qorxutmaq istəyiblər. O da mümkündür ki, həqiqətən də sifarişin vasitəçisi olublar. Bunu istintaq müəyyənləşdirməlidir. Düzdür, istintaqa mane olan qüvvələr var. Bununla belə, qulaq yoldaşı olduğum bu söhbətin səhihliyi Baş Prokurorluq tərəfindən aydınlaşdırılmalıdır. Baş Prokurorluq isə mənim şikayətimə mülki məsələ kimi baxır. Halbuki, tək bu hadisə belə, cinayət işi başlatmaq üçün kifayət qədər əsas verir. Təsəvvür edirsinizmi, bu ölkədə kiməsə general rütbəsi vermək, onu MTN nazirinin müavini vəzifəsinə təyin etmək və istefaya göndərmək yalnız Ali Baş Komandanın səlahiyyətlərinə aiddir. Məni öz tələlərinə düşürən “çete” isə faktiki Ali Baş Komandanın səlahiyyətinə aid olan məsələləri müzakirə edir və onun qərarına təsir imkanlarını nümayiş etdirirdilər. Və həqiqətən bu söhbətdən sonra mətbuatda Əli Nağıyev barədə silsilə yazılar gedir, generalın yaxınlarda həbs olunacağı ilə bağlı söz-söhbətlər dolaşırdı. Bir müddətdən sonra Əli Nağıyevlə bağlılıqda ittiham olunan bir jurnalist həbs olundu, terrorçu kimi başına torba keçirilib məhkəmələrdən məhkəmələrə süründürüldü və bunu əks etdirən kadrlar teleekranları bəzədi. Kim mənim yerimə olsa, generalları belə, sifarişlə yerindən oynadan “çete” qarşısında acız qalar, “dövran belə qalmaz” təsəllisiylə gələcəyə ümid bağlayardı.
 
– Sizi başa düşürəm. Deyirsiniz ki, hətta belə olmasa da, gözünüzün qarşısında yaradılan illuziya qorxunc idi və siz də səsinizi çıxarmağa qorxurdunuz.
 
– Mən bir fərd olaraq heç kimdən qorxmurdum. Sadəcə həmin fərdlərin əyinlərinə geyindiyi bir dövlət zirehi var idi. Mənim qorxum və hörmətim dövlətə yönəlikdir. Hər zaman öz dövlətimin qarşısında boynum qıldan incə olub. Bilirsinizmi, iş adamıyla adi bir vətəndaşın dövlət gücünə münasibəti eyni ola bilməz. İş adamının itirəcəyi və qarşısında məsuliyyət daşıdığı çox şeylər var. İstər-istəməz bu xof iş adamlarını daha təmkinli davranmağa vadar edir.
İş adamı general Əli Nağıyevin MTN-dən çıxarılma səbəbini açıqladı: “O, ”çete”yə mane olurdu” - MÜSAHİBƏ
– Mən də elə onu deyirəm. Sizdən bir məqama da aydınlıq gətirmənizi istərdim. Deyirsiniz ki, Əli Nağıyevin işdən çıxarılması və həbsiylə əlaqədar, sözdə də olsa, sifariş verilmişdi. Maraqlıdır, MTN-in faktiki olaraq ikinci adamının işi və azadlığı nə qədər məbləğə “satın alınmışdı”?
 
– Məsələ burasındadır ki, sövdələşmə təkcə sözdə qalmırdı. Əli Nağıyevin, necə deyərlər, başına 4.4 milyon manat, o dövrün məzənnəsilə 6 milyon dollar pul qoyulmuşdu və bunun 2.4 milyon manatını, başqa sözlə desək, 3 milyon dollardan artığının kimdən alındığını belə, dəqiq bilirəm.
 
– Ətim ürpəşdi. Elə bil, Pentaqon hansısa İŞİD liderinin başına pul qoyur…
 
– Sizə inandırıcı gəlmir, deyəsən.
 
– Düzünü desəm, tərəddüddəyəm. Bu qədər də olmaz, yəni. 3 milyon dolları kim vermişdi?
 
– Adı bu işi araşdırmalı olanlara bəllidir. Elə şeylər var ki, mən bunu açıqlamaq istəmirəm. Çünki həmin şəxs də zülmə uğramış birisidir. Məndən çox, ona zərər vurulub. Amma o adam açıqlama verməkdən çəkinir. MTN zülmünə məruz qaldığından və məcburən bəzi addımlar atdığından, köhnə dostlarıyla aralarındakı körpüləri yandırıb. Aydəm İsmayılov da onun bu çarəsizliyindən maksimum faydalanır, onu şantaj edir. Mən də öz çıxışlarımla iki daş arasında qalan bu adamı daha da çıxılmaz vəziyyətə salmaq istəmirəm. Ona görə yox ki, bu adamdan hansısa asılacağım var. Əksinə, məni MTN “əlaltılarının” toruna salan da həmin adam olub. Amma bunu istəyərək etməyib. Hətta mənə kömək etmək məqsədi güdüb. Mən də bu xoş niyyətinə görə uğradığım bütün zərərləri ona keçirəm.
 
– Vəzifəcə kimdir bu şəxs və sizə nə zərəri toxunub?
 
– Bir tikinti müəssisəsinin prezidentidir. Məni Aydəmlə bu adam tanış etmişdi. Məhz bu tanışlıqdan sonra ciddi itkilərim başlayıb…
 
– "Həmin şəxs"in nəyinə lazım idi Əli Nağıyevin vurulması? Sözünüzdən belə çıxır ki, "həmin şəxs" MTN “çetesinə” mənsub deyilmiş. Deməli, Əli Nağıyevin “vurulması da”, məntiqlə, onun marağına uyğun olmamalıydı. Yəqin, razılaşarsınız ki, iş adamları özlərinə xeyir gətirməyən layihələrə pul yatırmazlar. Özü də 3-4 milyon dollar…
 
– Əlbəttə. Axı, mən bayaq bunun səbəbini izah etdim. Əli Nağıyev həmin vəzifəyə nazirliyin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən gətirilmişdi. Dolayısyla bu sahə də onun nəzarəti altında idi. Görünür, "həmin şəxsin" bəzi əməlləri diqqətdən yayınmayıb və generalın baryerləriylə qarşılaşıb. İş adamı da onun “zərərsizləşdirilməsində" maraqlı olub. Aydəmin o zaman “Akula” Akifə dediyi bəzi sözlər də bunu təsdiqləyir. “Akula” Akif deyəndə ki, "biz sizin əmanəti və sifarişinizi "Cənab"a çatdırmışıq və "Cənab" da artıq hərəkətə keçib, generalı işdən uzaqlaşdırıb”, Aydəm buna etiraz etdi. Bildirdi ki, xeyr, bizim sifarişimiz həbsdi. Akif də cavab verdi ki, bu dəqiqə onu yerinə yetirə bilmirik. Çünki generalın arxasında “Ağbaş” durur: “Amma sifariş verənlər də, sən də narahat olma, generalın və “Ağbaşın” axırına az qalıb. Yaxınlarda hər ikisi ətrafları ilə bərabər içəri girəcək, əmlaklarını isə biz bölüşəcəyik".
 
“Akula Akif”in bu sözləri sübut edir ki, Əli Nağıyev həmin dəstənin iqtisadi cinayətkarlıqla məşğul olduğunu bilir və onlara mane olurmuş. Fırıldaqla ələ keçirilən əmlaklara həbs qoyub, dəstəyə böyük miqarda zərər vurubmuş. Nəticədə həmin dəstənin ən güclü füqurları bir araya gəlib Əli Nağıyevə qarşı mübarizə aparmağı qərarlaşdırıblar. Deyə bilərsiniz ki, bəlkə Əli Nağıyev həmin “çete”yə qarşı əsassız mübarizə aparırmış? Mən bu suala cavab verə bilmərəm. Çünki işin içində deyildim. Amma bu faktdır ki, həmin “çete”nin Eldar Mahmudova bağlı olduğunu bilməyən yox idi. Generalın da bundan xəbərsiz olması qeyri-mümkündür. Odur ki, Əli Nağıyevin öz rəhbərinin “çete”sinə aid əmlaklara qeyri-qanuni qadağa qoymaq imkanı da məhduddu.
 
– Anladım. Bəs “Ağbaş” deyilən adam kimdir?
 
– Mənim yanımda onun adı çəkilməyib. Ona görə də konkret heç nə deyə bilmərəm.
 
– Aydındır. “Minalı sahələrə ayaq basmaq olmaz”, deyirsiniz.
 
– Bəyəm, indiyə qədər danışdıqlarım “minasız mövzular” idi? Axı bilmədiyim bir məsələdən necə danışa bilərəm? Mən mülahizələrimi səsləndirmək istəmirəm. Sadəcə, şahid olduğum faktlardan danışıram.
 
– Haqlısınız. O zaman sizə belə bir sual vermək istəyirəm: "Həmin şəxsin" Əli Nağıyevin zərərsizləşdirilməsi üçün 3 milyon dollar verdiyini hardan bilirsiniz?
 
– Bunu mənə özü şəxsən deyib.
 
– "Həmin şəxsin" özü?
 
– Bəli. Amma dediyinə görə, bu pulu Aydəmə borc kimi verib. Aydəm isə borc aldığı vəsaiti “Akula”ya verib generalın həbsi üçün.
 
– Digər 2 milyon manatı kim verib?
 
– Yəqin ki, Aydəm İsmayılov.
 
– Hə, indi başa düşdüm. Deyirsiniz ki, yəni, əslində sifarişi verən "həmin şəxs" deyil, Aydəmdir. Sadəcə, sifariş pulunun çox hissəsini "həmin şəxs"dən borc alıbmış…
 
– Bəli, eynən dediyiniz kimi…
 
– Bunu sizə "həmin şəxs" nə vaxt etiraf edib?
 
– Nə zaman kı, başladım məsələni ictimailəşdirməyə, o, mənimlə görüşdü. Aydəm İsmayılovun arzusu ilə yanıma gəlmişdi. Mənə dedi ki, Aydəm danışmamağımı tələb edir. Söhbətimiz zamanı həmin şəxsin özü etiraf etdi ki, Aydəm ona da ciddi ziyan vurub. Əli Nağıyevin zərərsizləşdirilməsi üçün ondan 3 milyon dollardan çox pul alıb və bunun üçün ona “etiraf kağızı” da verib. Di gəl ki, Aydəm yenə onu aldadıb. Deyib ki, “həmin pulları “Akula” Akifə vermişəm. Amma indi təkbaşına bunu sübuta yetirə bilmirəm. Səninlə bərabər istintaqa gedək, bu barədə ifadə ver. Mən zərərçəkmiş şəxs qismində tanınım. “Akula” Akifdən pulu alıb qaytaracağam”. O da Aydəmin dediyinə əməl edib. Çünki Aydəm bu dəfə də bir başqa rəsmi şəxsin adını çəkərək, onu tora sala bilib. Baş Prokurorluqda çox möhtərəm bir şəxsin adını hallandırıb. Deyib ki, onun qaynıyla danışmışam, pulunu da vermişəm, bizi zərərçəkmiş şəxs qismində tanıyacaqlar.
 
– Maraqlıdır. Sonra da sizə Baş Prokurorluqdan həmin məktub gəlib.
 
– Bəli.
 
– Nəsimi bəy, fərqindəsinizmi, çox ciddi ittiham irəli sürürsünüz. Bunu necə sübut edə bilərsiniz?
 
– Mən bunu bir neçə dəlillə sübut edə bilərəm. Dəlillərdən biri Baş Prokurorluqdan aldığım cavab məktubudur. Təsəvvür edirsinizmi, bu qədər cinayət motivləri sadalamışam. Əvəzində isə mənə bildirirlər ki, sənin məsələn mülki məsələdir. Halbuki, Baş Prokurorluğun müraciətlərə baxan idarəsi qanunən də belə cavab verə bilməzdi. Müraciətim ən azından rayon prokurorluqlarından birinə göndərilməli və həmin instansiya faktı araşdırıb hüquqi qiymət verməliydi. Bunlar isə hüquq, qayda-qanun tanımadan, necə gəldi mülahizələrlə, ilkin araşdırma aparmadan müraciətimdən imtina ediblər. Qanunu, adətən, niyə pozurlar? Çünki bir çox mətləblər üzə çıxa bilər. Daha böyük cinayətlər üzə çıxmasın deyə, onun üstü daha zəif cinayətlərlə ört-basdır edilir. Mənim müraciətimdə də eyni metoddan istifadə ediblər.
 
İkinci dəlilim, Baş Prokurorluqdan məktubumla bağlı mənə şifahi xəbərdarlıq idi. Cavab məktubu yazan Baş Prokurorluğun müraciətlərə baxan idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Aynur Osmanova telefon danışığımızda bu imtinanın səbəbini qəribə arqumentlə əsaslandırdı. Bildirdi ki, mən niyə həmin müraciətdə möhtərəm bir adamın qaynının adını hallandırmışam. Bu fakt da sübut edir ki, müraciətimə hüquq müstəvisində baxmayıblar.
 
Üçüncü dəlilim isə daha əsaslıdır. Bilirsiniz ki, özəlliklə, ağır cinayətlərin istintaqı çox ciddi gizlilik tədbirləri altında keçirilir. Dolayısıyla, aparılan istintaqdan nəinki mənim, hətta prokurorluq orqanlarının ən yüksək səlahiyyətli işçilərinin belə, xəbəri ola bilməz. Amma mən Aydəmlə həmin şəxsin istintaqda necə ifadə verdiyini bütün detallarına qədər bilirəm. Sual edə bilərsiniz ki, necə? Bunu mənə "həmin şəxs" danışıb. İstintaq sirri olduğundan, mən sadəcə bir məqama toxunmaq istəyirəm. Prokurorluq işçiləri həmin ifadələrlə mənim dediklərimi tutuşdursunlar. Səhv deyirəmsə, cəfəngiyyat danışdığıma inansınlar, düz deyirəmsə, deməli, həqiqətən də onunla görüşmüşəm və o, bəzi faktları etiraf edib. Sizcə, bu, yetərli dəlil sayıla bilər?
 
– İstintaqçıları deyə bilmərəm. Mənim üçün əla dəlil olar.
 
– Hə, o zaman bunu da yazarsınız: "həmin şəxs" mənə dedi ki, “Aydəm acgözlüyündən danışılmış istintaqa da fırıldaq gəlib. Razılaşdığımız kimi, mən istintaqa gedib verdiyim məbləği olduğu kimi göstərmişəm. Yəni demişəm ki, mən Aydəm vasitəsilə “Akula”ya 2.4 milyon manat pul vermişəm. Aydəm İsmayılov isə artıqtamahlıq edib həmin məbləği 5.6 milyon dollar kimi göstərib. Yəni çevirib o dövrün manatının kursuna, məbləği dollarla ifadə edib. "Həmin şəxsi" sonra müstəntiq yanına çağırıb, ifadələrindəki uyğunsuzluğun səbəbini soruşub. O da bərk narahat idi ki, məhkəmədə bu uyğunsuzluq ciddi problemə səbəb olacaq. Müstəntiq ondan xahiş edib ki, ifadəsini dəyişdirsin. O isə dəyişdirməyib. Deyib ki, mən faktiki olaraq pulu manatla vermişəm. Üzləşdirmə zamanı bu fakt ortaya çıxsa, nə cavab verə bilərəm?

Загрузка...
Загрузка...