​“Adam var ki, hər şeyi var, amma yenə də “ağlayır”

Baxış sayı: 
174

Elnur Rüstəmov: “Yoxsulluq sırf düşüncə ilə bağlı bir problemdir”
 
 
Dünən bütün dünyada Kasıblara Beynəlxalq Kömək Günü kimi qeyd edildi. Maraqlıdır, yoxsulluq, insanın davamlı olaraq maddi sıxıntı içərisində olması onda hansısa psixoloji xəstəliklərə, sarsıntılara səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən məşhur psixoloq Elnur Rüstəmov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Yoxsulluq hansısa psixoloji xəstəliyə birbaşa yol aça bilməz. Yoxsulluğun özü düşüncə ilə bağlı bir problem, nisbi bir anlayışdır. Adam var ki, imkanı var, amma yenə də “ağlayır”. Deyir ki, heç nəyim yoxdur. Amma adam da var ki, imkanları geniş deyil, ancaq həmişə ürək fərahlığı ilə danışır. Sanki hər şeyi var. Bizdə bu cür insanlara el dilində kübar adamlar da deyirlər. Bu cür insanların imkanı çox olmasa da yerişi, danışığı, geyimində bir zərafət olur. İstər kişi olsun, istərsə də qadın fərq etməz. Yəni bu, düşüncə ilə bağlı bir şeydir.
Bir də var real yoxsulluq. Əlbəttə, bu, insanların davranışına, ünsiyyətinə, ətrafına münasibətinə təsir göstərə bilər. Əgər bir insanın imkanı olubsa, sonra birdən-birə imkanı aşağı düşübsə, zaman keçdikcə bu şəxs müxtəlif psixoloji problemlərlə, eləcə də  orqanik problemlərlə üzləşə bilər. Bunların biri digərini şərtləndirir. Bütün hallarda bir şeyi qəbul etmək lazımdır ki, sırf yoxsulluq insnanın düşüncəsi ilə bağlıdır.
Baxın, bu gün biz kapitalizmdə yaşayırıq. Bu gün inkişaf etmiş ölkələrdə belə, tutaq ki, ABŞ-da bir insan sadəcə ərzağa, geyimə olan tələbatını ödəmək üçün gündə 8 saat işləməlidir. Bu, qaydadır.
Insan bütün hallarda öz düşüncəsini zəngilləşdirməlidir. Düşüncə nə qədər zəngin olarsa, dünyagörüşü nə qədər geniş olarsa, gerisini bir o qədər boş buraxmaq mümkündür. Belə insanlara yoxsulluq da heç nə edə bilməz. Bu insanlar ən azından mənəvi-psixoloji baxımdan maddi sıxıntı hiss etməyəcək”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...