​Acun İlıcalı masondur, yoxsa FETÖ-çu? - Video

 
“Hürriyyət” qəzetinin köşə yazarı Əhməd Hakan məşhur prodüser Acun İlıcalının da FETÖ üzvü olduğunu iddia edib.
 
Axar.az xəbər verir ki, Əhməd Hakan İlıcalının layihələrində iştirak edən bir neçə nəfərin həbs olunmasını diqqətə çatdırıb.
 
“Acun İlıcalının layihələrində, verilişlərində iştirak edənlərdən daha bir nəfər FETÖ ittihamı ilə saxlanılıb. FETÖ-ya görə nə qədər şirkət bağlandı, imtahanların nəticələri ləğv olundu... Bəs, nəyə görə ətrafında bu qədər FETÖ-çu olan Acun İlıcalı həbs olunmur?” - məşhur köşə yazarı Əhməd Hakan son yazısında bildirib.
 
Qeyd edək ki, Türkiyə mətbuatında dəfələrlə Acun İlıcalının FETÖ-çu və ya mason olması ilə bağlı xəbərlər yayımlanıb. Məşhur prodüser daha əvvəl verdiyi açıqlamada nə masonlarla, nə də Fətullah Gülənlə əlaqəsi olduğunu deyib.