​ABŞ-ın yeni birinci xanımı Putinin agenti çıxdı?- Gözlənilməz-VİDEO

 
 
 
Tunisin dünyəvi hakim “Nidaa” partiyasının rəhbəri  Lazar Akremi gözlənilməz bəyanatla çıxış edib.  Onun sözlərinə görə, yenicə ABŞ prezidenti seçilmiş D.Trampın arvadı- sloveniyalı Melanya Rusiya agentidir. Turaninfo.az-ın xarici mənbələrə istinadla verdiyi xəbərə görə, partiya lideri bu iddiasını “Şəms FM” radiosunun efirində səsləndirib. Akremi hesab edir ki, bunun dolayısıyla sübutu Trampın Rusiya ilə görünməmiş yaxınlığıdır.
 
 
 
Tunis siyasətçisinin bu fərziyyəsi sosial şəbəkələrdə ironik şərhlərə səbəb olub.  Bəzi istifadəçilər  qeyd edib ki, Akremi tərəfindən açılmış məlumatlar barədə heç hər şeyə qadir Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin də xəbəri olmayıb.