ABŞ Yaxın Şərqdəki əsgərlərinin sayını artırır

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi gücünü artırır.
 
Publika.az xəbər verir ki, Pentaqon Yaxın Şərqdəki əsgərlərinin sayının 54 min 180-ə çatdırdıqlarını açıqlayıb.
 
Pentaqonun hesabatında qeyd olunur ki, bu ilin may ayında Yaxın Şərqdəki amerikalı əsgərlərin sayı 40 min 517 olub. Sentyabr ayında isə bu rəqəm 54 min 180-ə çatdırılıb.
 
Hazırda Suriyadakı ABŞ əsgərlərinin sayı 723, İraqda isə 9 min 122-dir.
 
Pentaqon Yaxın Şərqdə hərbi qüvvələrinin sayını daha da artıracağını qeyd edib.
 
Asif

Загрузка...
Загрузка...