ABŞ və Türkiyənin Münbiç anlaşmasının DETALLARI ÜZƏ ÇIXDI: Tillerson qalsaydı, bu gün...
21-03-2018 00:28

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-ın Xarici İşlər Naziri Reks Tillersonun vəzifədən ayrılmasından sonra ilk dəfə Münbiç anlaşmasının detallarını açıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu bunları deyib: “Razılaşmamıza uyğun olaraq dünən görüşməli idik. Dünən ABŞ tərəfi ilə toplansaydıq, YPG Münbiçdən çıxacaqdı. Əvəzində biz ABŞ-la birgə oraya nəzarət etməyə başlayacaqdıq”.
Daha sonra “Zeytun budağı” əməliyyatından danışan Çavuşoğlu ABŞ-ın narahatlığını toxunaraq bunları deyib: “Afrinlilər hərəkatdan çox məmnundur. O zaman ABŞ və digər bəzi ölkələr niyə narahat olur? ABŞ narahatdır, çünki YPG-dən mədət umur”.
O, Tillersonla bu gün də danışacağını qeyd edib.
Uğur