​ABŞ və Rusiya 35 illik anlaşma imzaladı

 
Antarktida qitəsinə yaxın Ross dənizində dünyanın ən böyük qorunan ərazisinin yaradılması barədə anlaşma imzalanıb.
 
Axar.az xəbər verir ki, anlaşma uzun illər bu ideyaya qarşı çıxan Rusiya və ABŞ arasında əldə olunan razılaşmadan sonra reallaşıb.
 
Müqavilə Avstraliyanın Hobart şəhərində 24 ölkənin və Avropa Birliyi təmsilçilərinin iştirakı ilə imzalanıb.
 
Razılaşmaya əsasən, Ross dənizində 1.6 milyon kvadrat kilometr ərazi xüsusi qorunacaq. ABŞ-ın Texas ştatından iki dəfə böyük olan bu ərazidə balıq ovlamağa icazə verilməyəcək. Anlaşma azı 35 il qüvvədə qalacaq.
 
Xatırladaq ki, Ross dənizində bölgəni qoruma ideyası 2012-ci ildə ABŞ və Yeni Zelandiya tərəfindən irəli sürülmüşdü. Lakin Ukrayna, Rusiya və Çin razılaşmaya qarşı çıxırdı.