ABŞ VƏ İŞİD KƏRKÜKDƏ TÜRKMƏNLƏRİN SOYQIRIMINI HƏYATA KEÇİRİR - VİDEO

 
Soydaşlarımızı bölgədən sıxışdırmaq istəyirlər
 
Hurriyyet.org xəbər verir ki, Kərkükdə türkmənlər əsas hədəfə çevrilib. “Yenicaggazetesi.com.tr” saytında “Kərkükdə türkmən qətliamı” başlıqlı xəbər verilib.
Qəzet yazır ki, koalisiya qüvvələrinin İŞİD-ə qarşı başladıqları Mosul və Kərkük əməliyyatları türkmən soyqırımına çevrilib. ABŞ reaktiv təyyarələri Kərkükdə türkmənlərin başına bomba yağdırır. İŞİD isə türkmənlərin evlərinə hücum edir. Onlarla şəhid var.
Mosul əməliyyatının gedişində koalisiya qüvvələrinin həm havadan, həm də yerdən vurduqları İŞİD qaçarkən türkmənləri hədəfə almağa başlayıb. Xüsusilə də Kərkük və rayonlarında demək olar ki, türkmən soyqırımı baş verir.ABŞ VƏ İŞİD KƏRKÜKDƏ TÜRKMƏNLƏRİN SOYQIRIMINI HƏYATA KEÇİRİR - VİDEO
Xəbər verdiyimiz kimi, Türkmeneli TV-dən olan Əhməd Həcəroğlu İŞİD-in snayperləri tərəfindən vuruluraq şəhid olub. Türkmən hərəkatının başçısı Erşat Salihinin də qardaşıoğlunun İŞİD tərəfindən öldürüldüyü xəbəri yayılıb.
ABŞ reaktiv təyyarələri türkmənləri vurdu – 25 türkmən şəhid oldu.
ABŞ reaktiv təyyarələri İŞİD-i nişan almaq bəhanəsi ilə bir çox türkməni hədəfə çeviriblər. Dünən axşam saatlarında Kərkükdə matəm mərasimi üçün məscidə toplaşanların üzərinə bomba yağdırılıb. İlkin məlumatlara görə hücum zamanı 25 nəfər türkmən şəhid olub, 150-yə yaxın yaralı var. Bu son hücumlardan sonra millət vəkili Erşat Salihi “Türkmənlər olduqları hər yerdə özlərini qorumaq üçün silahlanıb mübarizə aparsınlar” deyib.
Xəbər verdiyimiz kimi, dünən İŞİD üç türkmən ailəsini əsir götürüb.