ABŞ Ukraynaya 335 mln dollar ayıracaq

ABŞ  Ukraynaya Silahlı Qüvvələri, Milli Qvardiya və Dövlət Sərhəd Xidməti daxil olmaqla təhlükəsizlik sahəsinin islahatlaşdırılması üçün əlavə  335 mln dollar ayıracaq.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirdiyi danışıqların yekunlarına dair “Feysbuk” səhifəsində yazıb.  
O həmçinin Ukraynaya hərtərəfli dəstək göstərdiklərinə görə Baydenə və ABŞ-ın dövlət katibi Con Kerriyə minnətdarlığını bildirib.