ABŞ-ın üçüncü şəxsi zorlamaya görə azadlıqdan məhrum edildi - ŞOK

Baxış sayı: 
75

ABŞ Konqresinin nümayəndələr palatasının sabiq sədri zorlama faktına görə azadlıqdan məhrum edilib.
Turaninfo.az "New York Times" - a istinadən xəbər verir ki, Konqresin nümayəndələr palatasının 1999 - 2007 - ci illərdə sədri olmuş Denis Hastert məhkəmənin qərarı ilə 15 aylıq azadlıqdan məhrum edilməklə yanaşı  iki il müddətinə şərti cəza alıb.
Amerika məhkəməsi sabiq spikeri formal olaraq maliyyə fəaliyyətindəki pozuntuya görə ittiham etsə də, əslində D. Hastert seksual hərəkətlərinə görə cəzalandırılıb. Belə ki, o 35 il öncə bir kişiyə bir milyon dollar verərək seksual fəaliyətdə olub. Bu yolla o azyaşlı uşaqlarla çoxsaylı seksual əladə olub.
Məhkəmədə son söz zamanı D. Hastert hərəkətinə görə utandığını və xəcalət çəkdiyini dilə gətirib.
O deyib ki, İllinoys ştatında məktəbdə məşqçi işləyərkən bəzi idmançılarla yaxşı rəftar etmədiyimə görə xəcalət çəkir:
“Onlara pis təlim keçdiyimə görə utanıram. Ona görə də etdiyim hərəkət üçün peşmançılıq çəkir və üzr istəyirəm”, - D. Hastert vurğulayıb.
Hasterti məhkəməyə verən şəxs isə deyib ki, hadisə məktəb illərində idman zalının soyunub - geyinmə otağında baş verib. O bildirib ki, baxmayaraq hadisədən xeyli vaxt keçir, amma baş verən epizoda görə indi də əzab çəkir.
Qeyd edək ki, Konqresdə nümayəndələr palatasının sədri ABŞ-da çox yüksək vəzifə hesab olunur. Belə ki, Nümayəndələr Palatasının sədri ölkədə üçüncü şəxs hesab edilir. Prezidentdən sonra vitse-prezident, o olmadıqda isə prezident səlahiyyətlərini Nümayəndələr Palatasının sədri icra edir.

Загрузка...
Загрузка...