ABŞ TV-lərində qiyamət xəbərdarlığı - "Anlayın, çox dəhşətli zaman gəlir"

 
 
 
ABŞ-ın Kaliforniya ştatında bir neçə televiziya kanalında yayıma "qiyamət" anonsu ilə ara verilib.
 
Moderator.az bildirir ki,  ABŞ mediasında yayılmış xəbərlərə görə, Kaliforniyanın cənubundakı Orange bölgəsində bir neçə televiziya kanalında əvvəlcə "Təcili xəbərdarlıq" yazısı görünüb, ardıyca da bir kişi səsi danışmağa başlayıb.
 
Bir neçə izləyici baş verənlərin televiziyadan edilən radio yayımı olduğunu zənn edərək səsi qeydə alıb. Kişi səsi "Anlayın, çox dəhşətli zaman gəlir" deyə xəbərdarlıq edib.
 
Orange sakini Erin Myers "Tv-nin səsi anidən qat-qat yüksəldi. Gözlənilməyən hadisə idi, amma mən qorxmadım, çünki bunun arxasında hakerlərin olduğunu bilirdim" deyə danışıb.
 
Kanalların rəsmiləri problemdən xəbər tutan kimi səsi dayandırdıqlarını bildiriblər. Yayının böyük ehtimalla radiodakı proqramlardan biri üçün hazırlandığı, amma texniki xəta üzündən televiziya yayımına "təcili xəbərdarlıq" mesajı ilə çıxdığı deyilib.

Загрузка...
Загрузка...