ABŞ Türkiyədəki suriyalı qaçqınların ərzağını kəsdi

ABŞ-ın USAİD təşkilatı Türkiyədə yaşayan suriyalı qaçqınlara humanitar yardım göstərməklə məşğul olan fiziki və hüquqi şəxslərə ayrılan maliyyə yardımını dayandırıb.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə təşkilatın rəsmi nümayəndəsi Ben Edvards çıxış edib.
“USAİD Türkiyəyə humanitar yardım göstərilməsi ilə bağlı bir dayandırıb” – Edvards belə deyib.
Edvardsın dediyinə görə, USAİD-in baş müfəttişi göstərilən humanitar yardımla bağlı suriyalıların fırıldaqçılığa yol verdiyini üzə çıxarıb.
USAİD hal-hazırda xərclənən pulları geri qaytarmaq üçün cəhd göstərir.