​ABŞ-ın Türkiyə sərhədindəki bazasının fotoları yayıldı! Pentaqon hiddətlənəcək

 
Hurriyyet.org xəbər verir ki, Türkiyə sərhədində inşa edilən ABŞ hava bazasının təsvirləri yayılıb. Peykdən çəkilən fotolarda uzunluğu 1,5 km olan sahə aydın şəkildə görünür. ABŞ-ın Suriya-Türkiyə sərhədində inşa elədiyi hərbi bazanın peyk görüntüləri aşkara çıxıb.
 
Ankaranın etirazına rəğmən, PKK terror təşkilatının Suriya qolu YPG ilə əməkdaşlıq edən Vaşinqtonun Tel Beyderdə inşa elədiyi baza Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonun qarşısında yerləşir.
 
Ötən ilin sentyabr-oktyabr aylarında çəkilən peyk fotoları baza inşaatının yeni başladığını göstərirdi. Suriyanın şimalındakı Amerika bazaları ötən ilin yayında “Anadolu Agentliyi” tərəfindən ifşa edilmiş və bu xəbər Pentaqonu əsəbiləşdirmişdi.
 
O vaxt verilən rəsmi açıqlamada deyilirdi: “Bir NATO üzvünün rəhbərləri həssas məlumatları açıqlamaqla qəsdən qüvvələrimizi təhlükəyə atması bizdə böyük narahatlıq doğurur. Bu narahatlığımızı Türkiyə hökumətinə çatdırdıq”.

Загрузка...
Загрузка...