ABŞ-Türkiyə arasında gözlənilən görüş baş tutdu: Gülən...

 
Baş nazir Binəli Yıldırım Türkiyədə səfərdə olan ABŞ Baş Qərargah rəhbəri Cozef Dunfordla görüşüb.
 
Axar.az xəbər verir ki, tərəflər arasında görüş Çankaya köşkündə keçirilib.
 
Mətbuata bağlı qapılar arxasında keçirilən görüş təxminən 50 dəqiqə davam edib.
 
Dunfordla Yıldırımın FETÖ lideri Fətullah Gülənin Türkiyəyə qaytarılması barədə müzakirələr apardığı bildirilir.