ABŞ təsdiq etdi - Şimali Koreyanın nüvə potensialı barədə ŞOK DETALLAR

Baxış sayı: 
194
0  
0  

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə döyüş başlıqlarının miqdarı barədə səsləndirilən rəqəmlər bütövlükdə həqiqətə uyğundur.
Publika.az xəbər verir ki, bu haqda Rusiya hərbi eksperti, “Vətənin Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskiy “RİA-Novosti” agentliyinə bildirib.
Onun sözlərinə görə, yüklərin belə miqdarı Pxenyana ehtiyac olduğu halda cavab zərbəsini vurmağa imkan verir.
Daha əvvəl “Bulletin of Atomic Scientists” jurnalında Amerika alimləri Hans Kristensen və Robert Norris bildiriblər ki, KXDR-in malik olduğu nüvə döyüş başlıqlarının sayı 20-yə çata bilər. Bundan başqa, Pxenyanda daha 60 yeni döyüş başlığının istehsalı üçün materialın olduğu təxmin edilir.
“Amerika alimləri tərəfindən verilmiş bu informasiya bütovlükdə həqiqətə uyğundur. Nüvə döyüş başlıqlarının belə miqdarı Koreya Xalq Demokratik Respublikasına region çərçivəsində cavab zərbəsini vurmağa imkan verir. Məsələn, Cənubi Koreya və Yaponiyanın ərazisində yerləşən ABŞ-ın obyektləri hədəf ola bilər”, - Muraxovskiy deyib.
O həmçinin qeyd edib ki, ABŞ hərbçilərində alimlərlə müqayisədə daha çox mənbə var. Hərbi ekspert ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat idarəsinin ötən ilin sonunda hazırladığı məruzəni xatırladıb:
“Kəşfiyyat idarəsinin məlumatına görə, Şimali Koreyada müxtəlif tipli nüvə döyüş başlıqlarının təxminən 50 vahidi var. Bu qiymətləndirilmə Pentaqonun prezident üçün hazırladığı hərbi planlar və Şimali Koreyanın nüvə potensialının məhv edilməsi ssenariləri çərçivəsində edilmişdi”.
Baş redaktorun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin məruzəsində KXDR-in uçuş məsafəsi 10 mindən 13 min kilometrə qədər olan qitələrarası ballistik raketin sınaqları təsdiq edilir.
Qeyd edək ki, Pxenyan beynəlxalq sanksiyalara baxmayaraq, ABŞ-ın mümkün təcavüzündən müdafiə üçün atom döyüş başlıqları və raketlərin kütləvi istehsalına başlamaq niyyətindədir.
Ömər Dağlı

Загрузка...
Загрузка...