“ABŞ tezliklə məhv olacaq” - Fələstinli “Nostradamus”...

“Bundan sonra Yaxın Şərq, Venesuela və Donbasda həyat qaydasına düşəcək...”
 
 
Müsəlman professor ABŞ-ın yaxın gələcəyi ilə  bağlı dəhşətli proqnozlar verib.
 
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla yazır.
 
Fələstinli alim Ziyad Silvadinin sözlərinə görə, tarixdə görünməmiş silsilə vulkanlar və sunamilər tezliklə ABŞ-ıc ənginə alacaq. 
 
Professor inanır ki,  Amerika sakinləri ABŞ dövlətinin törətdiyi Xirosima və Naqasaki atom bombası qırğınlarının, eləcə də Amerika torpaqlarının gerçək sahibləri olan hindulara qarşı törədilmiş soyqırımların hesabını ödəməlidir. Proqnozlarının dəqiqliklə həyata keçdiyinə görə “fələstinli Nostradamus” kimi məşhurlaşmış Ziyad Silvadi belə deyib:
 
“ABŞ-ı bir dəfəyə iki dalğa bürüyəcək. Dalğalar eyni anda Şimali Amerika qitəsinin həm şərq, həm də qərb sahilinə hücum çəkəcək.Bunlarla yanaşı, ABŞ-a “su ölümü” də üz verəcək. Və bununla ölkə iqtisadiyyatı elə bir zərbə alacaq ki, bir daha özünə gələ bilməyəcək..”.
 
Fələstinli professor hesab edir ki,  ABŞ bu fəlakətlər nəticəsində məhv olduqdan sonraYaxın Şərq, Venesuela və Donbasdakı (Ukrayna - S.L.) həyat qaydasına düşəcək.
 
“Bu bölgələrin də xoşbəxt həyat sürmək şansları meydana çıxacaq”, - deyə “fələstinli Nostradamus” bildirib.
 
 
Sultan Laçın

Загрузка...
Загрузка...