ABŞ Suriyada 100 kilometrlik “qara dəlik” yaradıb - ŞOK İDDİA

“Suriya və İordaniya sərhədinin yüz kilometri “qara dəliyə” çevrilib”.
Turaninfo.org SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Rusiyalı generalın sözlərinə görə, terrorçu qrupları bu “dəlik”dən hücum edilər.
“Et-Tanf (burada Amerika hərbi bazası yerləşir –red.) Suriya-İordaniya dövlət sərhədində yüz kilometrlik “qara deşiyə” çevrilib. İŞİD-in mobil qrupları buradan Suriya qoşunları və dinc əhaliyə qarşı diversiya-terror hücumları edilir”, - Konaşenkov deyib.
Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, 2017-ci ilin aprelində Suriya-İordaniya sərhədində ABŞ hərbi bazasının genişləndirilməsi terrorçulara qarşı əməliyyatların keçirilməsi ehtiyacı ilə izah olunurdu: “Amma hərbi bazanın mövcud olduğu yarım ili ərzində İŞİD-ə qarşı keçirilən heç bir haqqında məlumat yoxdur”.
Ömər Dağlı

Загрузка...
Загрузка...