“ABŞ Suriya və İraqda PKK-nın nəzarət edəcəyi kürd dövləti qurmaq istəyir” – Brad Qabana

 
Siyasət analitik, keçmiş hərbçi Brad  Qabana ABŞ-ın Suriya və İraqda PKK  meyilli qüvvələrin nəzarətində olacaq  kürd dövləti qurmaq siyasətlərindən əl çəkmədiyini deyib.
Avropa.info xəbər verir ki, ABŞ  dövlət katibi Con Kerrinin  yeni prezident Donald Trumpun seçilməsindən az öncə   Rusiya və Suriya hökumətləri  ilə Hələbdə atəşkəs üçün danışıqlar apardığına dair iddiaları dəyərləndirən  Qabana , bunun baş verməsi ehtimalının olmadığını bildirib.
Suriyadakı savaşın imperializm fikrini ön plana çıxardığını və ABŞ-ın müxtəlif ölkələri idarəetmənin yollarını  bildiyini deyən Qabana, bunun təhlükəli olduğunu qeyd edib.
“Bunun təhlükəli olduğunu hesab edirəm. Beynəlxalq baxımdan səhv və eyni zamanda da sabitlik üçün təhlükəlidir. ABŞ-ın Yaxın Şərqdəki siyasətinin dəyişib -dəyişməyəcəyini demək çətindir.
ABŞ, İraqın şimalında və Suriyanın şimal-şərqində  kürd dövləti qurmaq məsələsinə strateji maraq göstərir. Trampın  rəsmi olaraq Obamanın yerinə gəlməsindən sonra,  dəyişikliklər ola bilər, ancaq o vaxta qədər bu dəyişməyəcək” deyə Qabana bildirib.