ABŞ-ın Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında terrora cəhd edilib

ABŞ-ın Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxs zərərsizləşdirilib.
 
Trend-in RIA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "BBC" telekanalı məlumat yayıb.
 
Hadisə zamanı iki polis yaralanıb.
 
Qeyd edək ki, ABŞ-ın Ciddədəki konsulluğu 2004-cü ildə hücuma məruz qalıb. Hadisə zamanı 9 nəfər həlak olub.
 
İyulun 4-də ABŞ-da müstəqillik günü qeyd edilir.