​ABŞ Şimali Koreya ilə bağlı mövqeyini dəyişmədi - Ağ Ev ŞƏRTLƏRİ AÇIQLADI

Ağ Evin mətbuat katibi Sara Sanders mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, sözçü Şimali Koreya və gündəmdəki digər məsələlərlə bağlı sualları cavablandırıb.
ABŞ ilə Şimali Koreya arasındakı münasibətlərə toxunan S.Sanders hadisələrin inkişafını addım-addım izlədiklərini və Tramp hökumətinin heç bir mövzuda güzəştə getməyəcəyini bildirib.
“Məqsəd Koreya yarımadasının nüvədən təmizlənməsidir. Şimali Koreyadan bu mövzuda tərəddüdsüz addım atana qədər bu ölkə üzərindəki təzyiq maksimum olacaq. Pxenyan hökumətinin etdiyi cəhdlərin fərqindəyik. Ancaq daha gediləcək çox yol var” -, sözçü qeyd edib.
Qeyd edək ki, Şimali Koreya Seul və Vaşinqton hökumətləri ilə keçirəcəyi zirvədən öncə nüvə və qitələrarası ballistik raket sınaqlarına son verəcəyini açıqlamışdı. ABŞ prezidenti Donald Tramp Pxenyan hökumətinin qərarını tvitterdən verdiyi açıqlama ilə alqışlamış və gözəl bir xəbər olduğunu vurğulamışdı.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inın Cənubi Koreya prezidenti Mun Cay ilə görüşündən sonra iyun ayına qədər Donald Trampla görüşməsi planlaşdırılır.
Zümrüd

Загрузка...
Загрузка...