ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlandı

ABŞ Təl-Əvivdəki səfirliyini 2019-cu ildə Qüdsə köçürəcək.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Daha əvvəl administrasiyadan iddia edirdilər ki, səfirliyin köçürülməsi prezident Donald Tramp səlahiyyət müddətinin sonuna (2021-ci il yanvarın 20-si - red.) olmayacaq. Ancaq nəşrin yazdığına görə, ABŞ-ın prezident administrasiyası köçürülmə ilə bağlı plan hazırlayıb.
Mənbələrin sözlərinə görə, səfirliyin Qüdsə köçürülməsi prosesinin sürətləndirilməsi Trampın reytinqinə müsbət təsir göstərə bilər.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu iki gün əvvəl ABŞ-ın İsraildəki səfirliyini 2018-ci ildə Qüdsə köçürəcəyini bildirib.
Bir ay əvvəl isə Amerika mətbuatı məsələ ilə bağlı ABŞ-ın dövlət katibi Reks Tillersonun fikirlərini dərc edib. Dövlət katibinin sözlərinə görə, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi 3 ildən tez olmayacaq.
Ömər Dağlı

Загрузка...
Загрузка...