ABŞ səfirliyi Qarabağdakı vəziyyət haqda açıqlama

"Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır".
Turaninfo.az Virtualaz.org-un məlumatına istinadən, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin facebook səhifəsində bildirilib.
Qeyd olunub ki, Minsk Qrupunun və ATƏT-in Almaniya sədrliyinin dəstəyi ilə, Minsk Qrupunun həmsədrləri tərəfləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər ediblər.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir.