ABŞ seçkiləri: Donald Trump Şimali Koreya ilə danışıqlara açıqdır

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyir ki, o Pxenyanın nüvə proqramını müzakirə etmək üçün Şimali Koreya lideri ilə görüşmək istəyir.
"Onunla danışmaq istəyərdim, mənim onunla danışmağımda problem olmazdı", biznesmen deyib.
Belə bir görüş ABŞ-ın siyasi cəhətdən təcrid rejimində əhəmiyyətli dəyişikliyə gətirib çıxara bilər.
Demokratların favoriti olan Hillari Klinton cənab Trampın "xarici güclü insanlara qəribə cazibəsini" mühakimə edib.
Onun köməkçilərindən birinin verdiyi bəyanatda əlavə olaraq bildirilib ki, Cənab Trump-ın xarici siyasəti "mənasızdır".
Donald Trampın Şimali Koreya haqqında fikri çərşənbə axşamı Reuters xəbər agentliyinə Rusiya prezidenti Vladimir Putinin şərqi Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməməsi haqqında verdiyi müsahibəsində səsləndirilib.
Cənab Putin Donald Trımpın bir müddət əvvəl hörmətlə yanaşdığını bəyan etdiyi fiqurdur.
Şimali Koreya ilə bağlı o deyib ki, Şimali Koreya ilə üzbəüz danışıqları davam etdirəcək və əlavə edib ki, o Şimali Koreyanı əsas müttəfiqi kimi Çinə də təzyiq edə bilər.
Şimali Koreya 2006-cı ildə beynəlxalq razılaşmaları pozaraq ilk dəfə nüvə silahını sınaqdan keçirib, Cənubi Koreya və ABŞ-ı dəfələrlə nüvə zərbələri endirməklə təhdid edib.
Hazırda ABŞ və Şimali Koreya arasında əlaqə prezidentlər deyil, yalnız vəzifəli şəxslər səviyyəsində aparılır.
Donald Trampın prezident seçkilərindən öndə Böyük Britaniyaya səfəri gözlənilir
Bundan əlavə, BBC öyrənib ki, cənab Tramp noyabrda keçirilən prezident seçkilərindən əvvəl Böyük Britaniya Krallığına səfər edə bilər.
Diplomatlar səfərin Donald Trump-ın iyul ayında konqresdə formal olaraq Respublikaçılar partiyasının namizədi olmasından sonra baş tutatacığını gözləyir.
Bu həftənin əvvəlində cənab Tramp demişdi ki, "elə görünür sanki biz Böyük Britaniya ilə yaxşı münasibətlər əldə etmək fikrində deyilik".
Baş nazir David Kemeron və Londonun yeni meri Sadiq Khan cənab Trampın müsəlmanların ABŞ-a girişinə qadağa qoyması təklifini sərt tənqid edib (BBC).