ABŞ sahillərində Ceyms Kukun batmış gəmisi tapılıb

Tədqiqatçılar tapdıqları batmış gəminin Ceyms Kukun dünya səyahətinə çıxdığı ilk gəmi - “İndevor” olduğunu güman edirlər.
Turaninfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmi Amerikanın Rod-Aylend ştatı sahillərində tapılıb. Bundan başqa həmin ərazidə o dövrə aid daha beş gəminin qalıqları da aşkar olunub.
Yerli mətbuatın məlumatına görə, gəmi qəzası 1778-ci ildə ABŞ-ın müstəqilliyi uğrunda gedən döyüşlərdə Rod-Aylendə hücum zamanı baş verib.
O da bildirilir ki, C.Kukun səyahətindən sonra gəminin adı dəyişdirilib və dəniz sanillərinin mühafizəsi üçün istifadə olunub.