​ABŞ Rusiyanın baş konsulluğunu işğal etdi: Səbəb terror şübhəsi ola bilərmi?

  
 
ABŞ rəsmiləri Rusiyanın San Fransiskodakı baş konsulluğunun qapısını qıraraq içəri girib və binada axtarışa başlayıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
 
Açıqlamada daha sonra qeyd olunur:
 
“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ABŞ yetkililəri məntiqin səsinə qulaq asmayıb qanunsuz əməllərindən və planlarından vaz keçmədilər. Bu gün San Fransiskodakı baş konsulluğumuzun binası tamamilə ələ keçirildi. Ötən ilin dekabr ayından etibarən Rusiyaya aid 5 diplomatik mərkəz ABŞ tərəfindən işğal olunub. Bu dəfə isə qapılarını qırdıqları binanı başdan-ayağa axtarırlar”.
 
ABŞ-ın bu hərəkətində düşmən mövqeyinin açıq şəkildə  görüldüyü bildirilən açıqlamada Rusiyanın da ona adekvat cavab vermək haqqının olduğu vurğulanır.
 
San Fransiskodakı rus konsulluğunun işğal edilməsinin Las-Veqas qətliamının ardından baş verməsi Vaşinqtonun bəlkə də bu işdə rus barmağının ola biləcəyindən şübhələndiyi ehtimalını yaradır. Baxmayaraq ki, terrorun məsuliyyətini İŞİD boynuna götürmüşdü.

Загрузка...
Загрузка...