ABŞ Rusiyadan tələb edir: “Dərhal dayandırılsın”

Biz Avropa Birliyinin Krıma qarşı sanksiyaları uzatması ilə bağlı qərarını alqışlayırıq.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi söyləyib. Onun sözlərinə görə, Rusiya işğalı davam etdiyi müddət ərzində ABŞ-ın Moskvaya qarşı sanksiyaları ləğv edilməyəcək.
 “Krım Ukrayna ərazisidir. Biz imkan verməyəcəyik ki, Avropanın sərhədləri güc yolu ilə dəyişdirilsin. ABŞ Rusiya işğalının dərhal dayandırılmasını tələb edir”.