ABŞ rus silah tacirini Savçenkoyla dəyişməkdən imtina etdi

ABŞ ukraynalı məhbus pilot Nadejda Savçenkonu öz həbsxanalarında yatan Viktor But və Konstantin Yaroşenkoya dəyişmək fikrində deyil.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, bu barədə açıqlamanı ABŞ-ın Rusiyadakı səfirliyi yayıb. Uuilyam Stivens deyib ki, onlar belə bir imkana baxmır.
Daha əvvəl xəbər getmişdi ki, guya Rusiya tərəfi Savçenkonu amerikan həbsxanalarında yatan bir qrup rusa dəyişmək fikrindədir. Onların arasında silah ticarətinə görə 25 il həbs cəzası alan Viktor But, narkotik ticarətinə görə 20 il məhkum olan Konstantin Yaraşenko var. Hər iki şəxs ABŞ-a ekstradisiya olunaraq mühakimə olunub.
ABŞ-ın Rusiyadakı səfiri Cefri Payett dəyişdirmə təklifinə reaksiya verərək, xəbəri gülməli adlandırıb.