"ABŞ rəsmiləri hərəkətlərinə diqqət etsinlər" — Çindən ABŞ-a sərt xəbərdarlıq

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rəsmi Pekin Vaşinqtonun Cənubi Çin dənizindəki adalarla bağlı verdiyi bəyanata sərt mövqe bildirib.
Belə ki, iyulun 12-də Beynəlxalq Haaqa Məhkəməsi Cənubi Çin dənizindəki Filippinlə Çinin iddia etdiyi mübahisəli adaların Çinə aid olmadığı barədə qərar verib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Çinin Haaqa məhkəməsinin qərarına əməl etməli olduğunu, əks halda bunun beynəlxalq hüququn pozulması kimi qiymətləndiriləcəyini bildirmişdi.
Haaqa məhkəməsinin qərarını düzgün hesab etməyən Çin tərəfi ABŞ-ın bu bəyanatına kəskin cavab verib:
"ABŞ rəsmiləri öz hərəkətlərinə və verdikləri bəyanatlara diqqət etsinlər. Onlar qanunsuz qərarların tətbiqinə və Cənubi Çin dənizində insidentləri alovlandırmağa son qoysunlar".