ABŞ raket əleyhinə müdafiə sistemini işə saldı

NATO Rumıniyada yerləşdirdiyi havadan müdafiə sistemlərini aktivləşdirib.  
Turaninfo.az xəbər verir ki, ABŞ raket əleyhinə müdafiə sistemini Rumıniyanın cənubunda Deveselu bölgəsində təşkil olunan mərasimlə işə salıb.  
ABŞ Rumıniyadakı raket əleyhinə müdafiə sistemini Yaxın Şərqdən gələcək təhlükəyə qarşı istifadə edəcəyini bəyan edib.   Qeyd edək ki, Rusiya ABŞ-ın Ukrayna böhranı ilə bağlı Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirdiyini və bunu özünə təhdid olaraq gördüyünü bildirmişdi.