​ABŞ Qüds qərarını dəstəkləməyən BMT-yə - İlk cəzasını KƏSDİ!

Baxış sayı: 
169

 
 
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi nümayəndəsi Nikki Haley 2018-2019-ci maliyyə ilində ABŞ-ın BMT üçün ayırdığı fondu 285 milyon dollar azaldacağını bildirib.
 
GoldNews.Az xəbər verir ki, məsələ ilə bağlı yazılı açıqlama edən Haley bunu "doğru istiqamətdə atılmış böyük bir addım" kimi səciyyələndirib.
 
Haley "BMT-nin gücsüzlüyü və həddən artıq xərcləri məlum olan bir vəziyyətdir. Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına yol verməyəcəyik" ifadələrini söyləyib.
 
2018-2019 maliyyə ilində BMT-nin büdcəsinə köçürəcəyi hissədən 285 milyon dollar azaltmaq qərarı alan ABŞ bu məsələdə hələ də ən çox töhfə verən ölkə mövqeyində yerləşir. BMT-nin bundan sonrakı ilk iki illik periodu əhatə edən 5,4 milyard dollarlıq büdcəsinin 3,3 milyard dollarını ABŞ ödəyir. ABŞ həmçinin BMT damı altında aparılan "sülhü qorumaq səyləri" üçün də ayrı töhfə edir.
 
BMT-də ötən həftə keçirilən Qüds səsverməsi qabağı həm ABŞ Prezidenti Donald Trump, həm də Nikki Haley ABŞ-ın qərarına qarşı səs verəcək ölkələri "iqtisadi yardımları kəsməklə" təhdid etmiş, həmin təhdidlərə baxmayaraq layihə 9-a qarşı 128 səs çoxluğu ilə qəbul edilib.

Загрузка...
Загрузка...