ABŞ-a qarşı Türkiyə-Rusiya-İran ittifaqı: Həlledici DÖYÜŞ BAŞLAYIR

 
ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Ankarada isə Türkiyə-Rusiya-İran birgə əməliyyatı müzakirə edilir.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqirinin Ankaraya səfərində İdlib mövzusu hərtərəfli müzakirə edilib.
Masada olan plan Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibi “xarici ünsürlər”dən təmizləyərək nəzarət altına alınmasını nəzərdə tutur. Planın həyata keçirilməsi istiqamətində ilk addımların atıldığı bildirilir. Məlumata görə, Rusiya İdlibin cənubunda yerləşən Muradah və Halfa bölgələrinə əsgərlərini yerləşdirməyə başlayıb. Xamada hərbi baza halına gətirilən aerodromun da Rusiya tərəfindən güçləndirildiyi bildirilir.
Məhəmməd Baqirinin türkiyəli həmkarı general Huliusi Akarla görüşdə əldə olunan razılaşma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Türkiyə 2 milyondan çox suriyalının yaşadığı İdlibdə minlərlə vətəndaşın əməliyyatın gedişatında öləcəyindən ehtiyat edir. ABŞ-PKK və rejim tərəfdarlarının İblibə girməsi də müxalifətin güclü olduğu bölgəni qanlı döyüşlərin meydanına çevirə bilər.
Türkiyə İdlibdə tezliklə təhlükəsiz zona, nəzarət nöqtələri və etibarlı xətlərin yaradılmasını dəstəkləyir. Lakin ABŞ və PKK-nın işğaldan geri çəkilməməsi Türkiyə-Rusiya-İran birgə əməliyyatını qaçılmaz edəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizə üzrə xüsusi təmsilçisi Bret Makqark iyulun sonunda Türkiyəni terror təşkilatlarına dəstək verməkdə ittiham edib.
Makqark Suriya-Türkiyə sərhədində yerləşən İdlib bölgəsində məskunlaşan “Əl-Qaidə” terror təşkilatının sərbəst fəaliyyət göstərməsində Türkiyənin payı olduğunu iddia edib.
 
Türkiyə KİV-inin yazdığına görə, ABŞ gücləri İdlibə hücum planı çərçivəsində Ayn əl-Arab, Tel-Abyad və Rimeylanda qurduğu bazalardan pilotsuz uçuş aparatları qaldıraraq bölgədə müxalifət güclərinin vəziyyətinə dair kəşfiyyat məlumatlari toplayır. ABŞ həmçinin “MOC” (“Birgə Əməliyyat Qurumu”) nəzdində 2014-ci ildən bu yana əlaqə qurduğu müxalifət qruplarının bəzi nümayəndələrini İncirlik hərbi hava bazasına çağırıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə birbaşa bağlı olan bu şəxlərin İdlibdə Türkiyənin dəstəklədiyi müxalifət qrupları barədə məlumatlar verdiyi bildirilir.
Məlumata görə, Pentaqon İdlibin mərkəzi və ətrafını 15-20 gün ərzində fasiləsiz bombardman edəcək. Daha sonra isə bölgəyə PKK/PYD güclərinin daxil olacağı bildirilir.
Əməliyyat planına həmçinin ABŞ xüsusi təyinatlıları da daxil edilib. Əməliyyata lojistik dəstək isə Suriya hökumət qüvvələrinin nəzarət etdiyi bölgədən quru yolu ilə veriləcək. Hücumun bir həftə ərzində başlayacağı gözlənilir. Əməliyyatın nəticələrinin ümumilikdə Suriya müharibəsinin gedişatında həlledici rol oynayacağı deyilir.
Ömər Dağlı

Загрузка...
Загрузка...