ABŞ prezidentliyinə namizəd NATO-nun pulunu kəsməyə çağırdı

“NATO-nun dəstəyi üçün ayrılan vəsaitin həcmi azaldılmaldır”.
Turaninfo.az  xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ-da Respublikaçıların prezidentliyə qalmaqallı namizədi Donald Tramp deyib.
“Biz NATO-ya külli miqdarda vəsait ayırırıq. Hazırda biz başqa bir dövrdə yaşayırıq deyə NATO-ya ayrılan vəsaitə yenidən baxılmalıdır. Qurumun qorunması üçün pulu kəsilməlidir”, - deyə o əlavə edib.
Xatırladaq ki, ABŞ-ın hərbi büdcəsi NATO ölkələrinin ümumi büdcəsinin təxminən 75 faizini təşkil edir.