​ABŞ-a növbəti zərbə: Bu dəfə "Mariya" gəlir - VİDEO

"İrma" qasırğasından sonra nəfəs almağa belə macal tapmayan ABŞ bu dəfə "Mariya" qasırğasını gözləyir.
Publika.az xəbər verir ki, ölkənin şərq zonalarında, Karib dənizi sahillərində axşam saatlarından etibarən güclü külək müşahidə edilib.
Atlantik okeanı sahillərinə yaxınlaşan güclü qasırğa turistlərlə dolu çimərliklərdə təhlükəli vəziyyətlər yarada bilər.
Sinoptiklərin məlumatına görə, küləyin sürəti saatda 118-140 km/saat arası dəyişir. Siklon gün ərzində sahilə çata bilər. "Mariya" qasırğasının ilk olaraq Martinika, Qvadelupa və Puerto-Riko sahillərinə ciddi ziyan vuracağı ehtimal olunur.
Bununla bağlı həmin zonalarda təhlükəsizlik tədbirləri artırılıb.

Загрузка...
Загрузка...