ABŞ əmr verdi, terrorçular Türkiyəyə hücuma keçdi - FOTO/VİDEO

ABŞ Türkiyəni cəzalandırmaq üçün terrorçuları ayağa qaldırdı.
 
Publika.az xəbər verir ki, ABŞ və Türkiyə arasında viza böhranından sonra Amerikanın Ankaradakı səfiri Con Baasın “9 aydır Türkiyədə terror hücumu baş vermir. Bu, İŞİD-in geri çəkildiyi üçün deyil, əməkdaşlığımızın nəticəsidir” sözləri yeni terror hücumlarının olacağından xəbər verirdi.
 
 
Çünki Türkiyə ABŞ-ın istəyini geri çevirdi və müstəqil addımlar atmağa başladı. Təcrübəyə əsasən, bunun bir “əvəzinin” olacağı gözlənilirdi.
 
Bassın açıqlamasından bir neçə gün sonra Tüürkiyədə üst-üstə bombalar partlamağa başladı.
 
- Dünən saat 17:20-də Yenişəhər əyalətində polis xidməti avtomobilinin keçdiyi vaxt partlayış baş verdi.
- Mersində baş verən partlayışda 17-si polis olmaqla 18 nəfər yaralandı.
- Diyarbəkirin Silvan bölgəsində PKK üzvlərinin yola döşədiyi 100 kiloqram partlayıcı aşkarlanaraq, məhv edildi.
 
 
Hazırda Türkiyənin təhlükəsizlik qüvvələri yeni terror hücumlarının ola biləcəyinə qarşı tədbirlər həyata keçirir.

Загрузка...
Загрузка...