ABŞ kəşfiyyatından Türkiyəyə şok terakt xəbərdarlığı

ABŞ Türkiyə ilə bağlı növbəti kəşfiyyat məlumatı yayıb.
 Axar.az xəbər verir ki, məlumatda İŞİD-in Türkiyəyə göndərdiyi qrupun 5 yerə ayrıldığı və onların bir qisminin Antaliya, Muğla, İzmir kimi turizm bölgələrində terror törədəcəkləri bildirilib.
 “Hava limanı teraktı Türkiyədə bir bölmənin işi və qərarı ilə törədilməyib. Mərkəzdən, yəni Rakkadan verilən əmrlə edilib. İŞİD-in hər biri 7 nəfərdən ibarət olmaqla 5 ayrı qrupu Türkiyəyə yollanılıb. Hamısı xarici ölkə vətəndaşlarıdır. Hava limanı teraktını törədən 7 nəfərlik qrupun isə 4-ü hələ tutulmayıb”, - məlumatda bildirilib.